17 İyul 2016 08:35
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz qonşu, strateji və dost ölkə olan Türkiyədə baş verən hadisələrdən narahatıq. İyulun 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Ümid edirik ki, qonşu və dost ölkədə yaxın günlərdə vəziyyət tezliklə dəyişəcək və stabilləşəcək”.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Mixail Canelidze bildirib.


Gürcü nazir açıqlamasında həmçinin Türkiyədə olan Gürcüstan vətəndaşlarını küçələrə çıxmamağa çağırıb. Onun sözlərinə görə, Gürcüstanın Türkiyənin Ankara şəhərindəki səfirliyində və İstanbuldakı baş konsulluğunda qaynar xətt yaradılıb və ehtiyac olarsa, Gürcüstan vətəndaşlarının həmin qaynar xəttə müraciət etmələri tövsiyə olunub.

M. Canelidze hadisələr baş verən zaman Gürcüstan vətəndaşları ilə daim əlaqə saxlanıldığını da bildirib.


Müəllif:

Oxşar xəbərlər