Türkiyədə baş verən dövlət çevrilişi ilə əlaqədar xəbərlər gəlməkə davam edir.
Teleqraf.com-un "Sabah" istinadən xəbərinə görə, Türkiye polisinin dairə rəisi Turqut Aslan qiyam baş verən gün qiyamçılar tərəfindən əsir alınıb. Uzun müddət çevrilişə cəhd edənlərin əlində qalan Aslan səhər saatlarında başından vurulmuş halda tapılıb.
Terrorla mübarizədə mühüm xidmətləri olan Turqut Aslan "Təcili yığıncaq var" deyilərək Baş Polis İdarəsinə çağırılıb və orada girov götürülüb. Onun ağır yaralı olduğu bildirilir.
Nihad