İstanbulda Sabiha Gökçen hava limanında polislər qiyamçıları saxlayırlar.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polislər xəbərdarlıq atəşi açıblar, lakin qiyamçılar ona cavab verməyiblər.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.