18 İyul 2016 21:15
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus indiki şəraitdə sakitlik və sülhü qoruyub saxlamalıdır”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Milli Təhlükəsizlik Komitəsinin sədri Valeri Vakulçiklə görüşdə deyib.

BELTA agentliyinin məlumatına görə o Ukrayna, NATO-nun son qərarları, Türkiyə, Ermənistan və Qazaxıstandakı vəziyyət də daxil olmaqla Belarusdan kənarda baş verənlər hadisələrdən narahatlıq bildirib.

Lukashenko qeyd edib ki, vəziyyət çox çətinddir, buna görə də ölkə daxilində sabitlik qorunub saxlanmalıdır.

Rusiya da bundan əvvəl son vaxtlar baş verənlərdən narahatlıq bildirmişdi.

Qeyd edək ki, söhbət bu günlərdə Türkiyədə baş verən uğursuz qiyam, Ermənistan və Qazaxıstandakı etiraz aksiyaları, Ukraynanın şərqindəki münaqişə və NATO-nun şərqə doğru genişənməsindən gedir.


Müəllif:

Oxşar xəbərlər