İrəvanda polis alayını ələ keçirən silahlılardan ikisi təhlükəsizlik işçiləri tərəfindən güllələnib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, bu gün səhər saatlarından ələ keçirilən polis alayından UAZ markalı avtomobil çıxıb və polis barrikadalarına doğru hərəkət edib. Polislər avtomobili dayandırmaq üçün atəş açıblar. Bu zaman avtomobildə olan iki silahlı da polislərə qarşılıq verib.
Bir neçə dəqiqəlik insidentdən sonra avtomobil yenidən bazaya qayıdıb. Hadisədən sonra polislər xəsarət alan qrup üzvlərinə tibbi yardım təklif edib və silahlılar razılaşıb. Hazırda yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, silahlı şəxslər iyulun 17-də polis alayına hücum edib və oranı ələ keçiriblər. Hücum zamanı 1 polis əməkdaşı öldürülüb, 3-ü xəsarət alıb. Hazırda silahlılar 4 polis əməkdaşını girovluqda saxlayırlar. Onlar Serj Sarkisyanın istefasını və "Yeni Ermənistan" təşkilatının rəhbəri Jirayr Səfilyanın azad edilməsini tələb edirlər.
Samir