28 İyul 2016 10:12
771
12 Punto 14 Punto 16 Punto 18 Punto
"ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, milyarder Donald Tramp Rusiya prezidenti Vladimir Putinə yaltaqlanır".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib:
"O, Amerikanın azadlıq işığı olacağını inanan milyonlarla kişi, qadın və uşağın səsini eşitmir. O, Putinə yaltaqlanır, İraqın sabiq prezidenti Səddam Hüseyni yüksək qiymətləndirir və 11 sentyabrdan sonra bizimlə olan NATO üzvlərinə səslənir ki, əgər bizim qorumağımızı istəyirsizsə, pul ödəməlisiniz. Biz vədlərimizi pul müqabilində yerinə yetirmirik. Buna görə də bütün dünya Amerikanı güclü və hörmətli dövlət kimi tanıyır".
Obama əlavə edib ki, Tramp demoqoq birisidir. O, amerikalı milyarderi faşistlər və terrorçularla müqayisə edib.
Samir

Müəllif: