Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində dövlət qurumlarından 66 min nəfər xaric edilib.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, təkcə Milli İstikbarat Təşkilatından 42 767 nəfər uzaqlaşdırılıb.
Ən maraqlı məqamlardan biri də Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, Baş nazirin keçmiş müavini Bülənt Arıncın qayınatası Ziya Tayın FETO-çu olmasına görə, vəzifəsindən azad edilməsidir.