1 Avqust 2016 16:49
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda iyulun 17-də silahlı şəxslərin polis alayını ələ keçirilməsi ilə bağlı başlanan istintaq prosesi çərçivəsində 47 nəfər saxlanılıb.

Teleqraf.com news.am saytına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Milli Təhlükəsizlik İdarəsi məlumat yayıb.

Onlara qarşı binanın ələ keçirilməsi, silahların qanunsuz saxlanılması və istifadəsi, eləcə də girov götürmə maddələri üzrə cinayət işi başlanılıb.

Qeyd edək ki, məlum hadisə zamanı 1 polis əməkdaşı öldürülüb, 3-ü yaralanıb. Silahlılar 14 gün 4 polis əməkdaşını girovluqda saxlayıblar. Onlar Serj Sarkisyanın istefasını və "Yeni Ermənistan" təşkilatının rəhbəri Jirayr Səfilyanın azad edilməsini tələb ediblər. Silahlı qrupun üzvləri iyulun 31 gecə saatlarında təslim olublar. İrəvanda silahlı şəxslərə dəstək məqsədilə keçirilən aksiyalar zamanı 120 nəfər xəsarət alıb, 240-dan çox insan saxlanılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər