2 Avqust 2016 16:30
2 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə Şakro Molodoy kimi tanınan avtoritet Zaxariy Kalaşov həbs olunmazdan bir neçə gün əvvəl sevgilisinə Moskvada ikimərtəbəli ev hədiyyə edib.

Teleqraf.com life.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Moskva polisi məlumat yayıb. Verilən məlumatda bildirilib ki, bu gün səhər saatlarında polis həmin evdə də axtarış işləri aparıb. Axtarış nəticələri açıqlanmayıb.

Qeyd edək ki, Zaxariya Kalaşov iyulun 13-də məhkəmənin qərarı ilə həbs olunub. O, Rodçelsk küçəsindəki atışmada və iş adamı Jan Kimdən quldurluq yolu ilə 8 milyon rubl pul götürməkdə ittiham olunub.

Xatırladaq ki, Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürddür. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona "qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.

63 yaşlı Zaxari Kalaşov məşhur kriminal avtoritet “Ded Xasan”ın güllələnməsindən sonra kriminal aləmin kralı statusunu alıb. İspaniyada 8 illik həbs cəzasını başa vurduqdan sonra Rusiyaya ekstradisiya olunan “Şakro Molodoy” “Ded Xasan”ın qruplaşmasının liderinə çevrilib. Onun keçirdiyi “sxodka”da azərbayanlı kriminal avtoritet “Rövşən Lənkəranski” “Ded Xasan”ın qətlini təşkil etməkdə ittiham olunub və barəsində ölüm hökmü çıxarılıb.

Elvin


Müəllif:

Oxşar xəbərlər