Türkiyədə Fətullah Gülən şəbəkəsinə (FETÖ) qarşı aparılan axtarış-əməliyyatlar çərçivəsində “Gülhane Hərbi Tibb Akademiyası” nın 50 əməkdaşı həbs olunub.
Teleqraf.com xəbər verir ki, onların adları 15 iyul hərbi qiyam cəhdində hallanır.
Prezident Rəcəb Tayyip Ərdoğanın fərmanı ilə ölkədəki bütün hərbi-tibbi müəssisələr təhsil nazirliyinin tabeçiliyinə keçib.
Qeyd edək ki, hazırda ölkədə fövqəladə vəziyyət rejimidir.
Uğursuz qiyam cəhdindən sonra Türkiyədə 10 mindən çox adam saxlanıb, 70 minədək hərbçi, hakim və dövlət qulluqçusu işdən kənarlaşdırılıb.