Türkiyənin Van vilayətinin Özalp magistral yolunda zirehli hərbi maşın körpüdən keçərkən partlayış baş verib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 5 hərbçi yaralanıb.
Partlayıcı qurğunun PKK terrorçuları tərəfindən quraşdırıldığı bildirilir. Ərazi nəzarətə götürülüb, əməliyyat tədbirləri həyata keçirilir.