İraq, Nigeriya və Türkiyədə baş verən terror hadisələrindən sonra terror təşkilatlarının canlı bomba kimi istifadə etdikləri uşaqlar gündəm mövzusu olub.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, terror təşkilatları məqsədlərinə çatmaq üçün tutulmaq riski az olan uşaqlardan istifadə edirlər.
Xəbərə əsasən, Afrika və Orta Şərqdə uşaqlardan canlı bomba kimi istifadə edilməsi yeni üsul deyil. Ancaq mütəxəssislər İŞİD və digər təşkilatların getdikcə bu üsuldan daha çox istifadə etdiklərini açıqlayıb. Xüsuilə İŞİD bu məqsədlə uşaqlardan kamikadzelər yetişdirir.
UNİCEF də açıqlamasında baş verən terror hadisələrində uşaqların aktiv iştirak etdiklərini bildirib: “Onlara ağır silahlardan istifadə etmək, dəqiq nişanalma öyrədilir, canlı bomba kimi istifadə edilir”.
UNİCEF-in aprel ayında hazırladığı hesabata görə isə, 2014-2016-cı illərdə "Boko Haram"ın fəaliyyət göstərdiyi Nigeriya, Kamerun, Niger və Çadda canlı bomba kimi istifadə edilən uşaqların sayı dörd dəfə artıb. Hesabata əsasən, bu uşaqların üçdə ikisi qız uşaqlarıdır.
UNİCEF cari ilin 6 ayında 38 uşaqdan canlı bomba kimi istifadə edildiyini açıqlayıb.
Sevinc