"YPG ilə Türkiyə ordusu arasındakı toqquşmalar dərhal dayandırmalıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu qalmaqallı açıqlamanı ABŞ prezidenti Barak Obamanın İŞİD terror təşkilatı ilə mübarizə məsələləri üzrə nümayəndəsi Bret Makqruk Türkiyənin Cerablusdakı əməliyyatlarını qiymətləndirərkən verib:
"Cerablusda baş verənləri yaxından izləyirik. İŞİD olmadığı bölgələrdəki toqquşmalar qəbuledilməzdir. Bu bizdə narahatlıq yaradır".
Qeyd edək ki, bir müddət öncə ABŞ dövlət katibi Con Kerri YPG-nin Fərat çayının şərqinə çəkildiyini bildirmişdi.
YPG Türkiyədə aramsız terror aktları törədən PKK-nın Suriya qolu hesab olunur.
Samir