Polşanın xarici işlər naziri Konrad Szymanski Avropa Birliyinin immiqrant siyasətini tənqid edib və ölkəsinin mühacir qəbul etməyəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, televiziyaya açıqlamasında bu sözləri deyib: “Bizim mövqeyimiz çox açıqdır. Polşa mühacir qəbul edə bilməz. Biz beynəlxalq mövqeyimizi və siyasətimiz qorumaq istəyirik”
Nazir mühacir problem ilə bağlı təkiflərini də səsləndirib: “Bu problemin həllini istəyiriksə, Orta Şərq ölkələri və Türkiyə ilə birlikdə işləməliyik. Mühacirlərin kütləvi qəbulu ilə problemin həlli mümkün deyil”.
Andrea Merkelin açıq qapı siyasətindən narazı qalan polşalı nazir deyib ki, xanım Merkel səhv elədiyini dərk eləyib, sadəcə, hələ etiraf eləmək istəmir.
Szymasnki mühacir qəbul etmək istəməyən ölkələrin pul cəzası almasına qarşı çıxıb: “Avropa Birliyi belə qərar çıxarsa, Birlik daxilindəki problemlər daha da şiddətlənəcək”.
Sevinc