Türkmənistan prezidenti Qurbanqulu Berdıməhhəmədov dünyanı şoka salacaq əcaib bir olaya səbəb olub.
O, dünyada heç kimə, hətta dostuna və müttəfiqinə də etibar etmədiyini bir daha ortaya qoyub.
Oxuculara təqdim olunan bu görüntü Almaniya və Türkmənistanın ölkə rəhbərləri arasında baş tutan görüşdə qeydə alınıb. Hətta Almaniya kansleri Angela Merkel də gördüyü səhnə qarşısında təəccübünü gizlədə bilməyib.
Türkmən prezidenti Berdıməhəmmədovun qarşısına qoyduğu suyu mühafizəçisi özü ilə gətirdiyi su ilə dəyişib. Türkmənlər bununla alman hökumətinin prezidentlərini zəhərləyə biləcəyini düşündüklərini açıq büruzə veriblər.