8 Sentyabr 2016 09:55
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İran körfəzində üzən hərbi gəmilərindən biri “Sepah”ın ona yaxınlaşan sürətli hücum qayığı ilə toqquşmadan yayınmaq üçün istiqamətini dəyişmək məcburiyyətində qalıb. Bu barədə Amerikanın Müdafiə Nazirliyi sentyabrın 6-da məlumat yayıb.

Pentaqon rəsmilərinin yaydığı məlumatda bildirilir ki, sentyabrın 4-də baş verən hadisədə, “Sepah”ın 7 qayığı təhlükəli addım ataraq Amerika hərbi gəmisinə yaxınlaşıb və onlardan biri gəminin hətta 900 metrliyinə qədər irəliləyərək təhrikçi manevrlər edib. Qeyd olunur ki, ABŞ gəmisi “Sepah” qayığı ilə mümkün hər hansı bir insidentin qarşısını almaq məqsədilə istiqamətini dəyişmək məcburiyyətində qalıb.

Son bir ayda, bu 4-cü dəfədir ki, “Sepah” qayıqları ABŞ hərbi gəmilərinə yaxınlaşaraq onların reaksiyasını yoxlamağa çalışır.

Sentyabrın 6-da ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirərək bu haqda İrana xəbərdarlıq edib. O deyib ki, “Sepah” qayıqlarının bu hərəkəti İranla Amerika arasında ciddi çaxnaşmaya gətirib çıxara bilər: “Bu kimi əməllər, ciddi narahatlığa səbəb olur. “Sepah” qayıqlarının bu hərəkəti Tehranla Vaşinqton arasında şiddətli çaxnaşmaya səbəb olmaqla yanaşı bölgənin də sabitliyini poza bilər. Hesab edirik ki, İranın öz rəftarını dəyişməyə, regionda daha konstruktiv bir rol oynamağa hələ də vaxtı və fürsəti var”. (gunaz.tv)


Müəllif:

Oxşar xəbərlər