8 Sentyabr 2016 22:16
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə NATO-nun ən güclü müttəfiqlərindən biridir və İŞİD terror təşkilatı ilə mübarizədə vacib addımlar atır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, NATO Türkiyənin sərhədlərinə yaxın bölgələrdə İŞİD-ə qarşı etdiyi mübarizəni dəstəkləyir: "İŞİD-ə qarşı əməliyyatlarda birgə mübarizə aparmalıyıq. Bu, xüsusilə ABŞ və Türkiyəyə aiddir. Onlar bu mübarizədə əsas tərəfdirlər".

Samir


Müəllif: