11 Sentyabr 2016 15:48
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUKOS kompaniyasının keçmiş rəhbəri Mixail Xodorkovski biznesmen Yevgeni Çiçvarkinin qızının xaç atası olub.

Teleqraf.com xəbər verir ki, bu barədə M.Xodorkovski özünün feysbuk hesabında məlumat verib. M.Xodorkovski öz hesabında Y.Çiçvarkinin əlində xaç suyuna salınma mərasimi ləvazimatları tutduğu yerdə çəkilmiş fotosunu paylaşaraq yazıb: “Bu gün Yevgeni Çiçvarkinin və Tatyananın qızının xaç atası oldum. Yevgeninin mənəvi siması məni və onu tanıyanları valeh edir”.

“Avroset” mobil rabitə mağazaları şəbəkəsinin həmsahibi Y.Çiçvarkin barəsində 2009-cu ildə Rusiyada axtarış elan edilib. Sonra isə barəsində qiyabi olaraq azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

O, 2008-ci ilin sonundan etibarən Böyük Britaniyada yaşayır. Orada “Hedonism Wines” şərab mağazasının əsasını qoyub. 2011-ci il yanvarın 24-də Rusiya İstintaq Komitəsi Çiçvarkin barədə açılmış cinayət işini xətm edib.

M.Xodorkovski isə YUKOS işi ilə bağlı 10 il həbsxana həyatı yaşayıb və 2013-cü ilin dekabrında əfv olunub. Tezliklə Rusiyanı tərk edib və İsveçrədə sığınacaq alıb. 2015-ci ilin dekabrında M.Xodorkovski Nefteyuqansk şəhərinin meri Vladimir Petuxovun ölümünün təşkilində, həmçinin iki və daha çox şəxsə qarşı sui-qəsddə ittiham edilərək qiyabi olaraq azadlıqdan məhrum edilib.

Səxavət


Müəllif: