Rusiya silahlı qüvvələrinin qərargah rəisi Valeri Gerasimov türkiyəli həmkarı Hulusi Akkarla görüşmək üçün bu gün Ankaraya səfər edib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, 11 il sonra gerçəkləşən səfər zamanı bölgədəki durum, Suriyadakı vəziyyət, Türkiyə-Rusiya hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşlə bağlı ətraflı məlumat verilmir.