19 Sentyabr 2016 09:44
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xamneyi qadınların ictimai yerlərdə velosiped sürməsini haram sayan yeni fətva verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Xamneyinin rəsmi saytı məlumat yayıb.

İran liderinin qadınların ictimai yerlərdə velosiped sürməsinin haram sayılması ilə bağlı fətvası İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Şəhindoxt Mövlaverdinin məsələ ilə bağlı jurnalistlərə açıqlamasından bir neçə həftə sonraya təsadüf edib.

Xamneyi jurnalistin “Virtual aləmdə, bəzi şəriət qaydalarına riayət olunmaq şərti ilə sizin qadınların velosiped sürməsini caiz saymağınız barədə yazılar yayılır. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirik. Qadınların küçədə velosiped sürməsi caizdirmi” sualını belə cavablandırıb: “Qadınların ictimai yerlərdə və naməhrəmin gözü qarşısında velosiped sürməsi haramdır”.

Qeyd edək ki, Xamneyinin, qadınların velosiped sürməsinin haram sayılması barədə verdiyi fətvaya baxmayaraq, İranda xanımların velosiped sürməsinə qadağa qoyan konkret hər hansı bir qanun yoxdur.

Samir


Müəllif:

Oxşar xəbərlər