21 Sentyabr 2016 16:56
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyan Ermənistanın müstəqilliyinin 25 illiyi ilə bağlı bayramqabağı yığıncağa qatılarkən bahalı qol saatını nümayiş etdirib.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, Sərkisyan bir qrup elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edib, Ermənistanın diaspor nümayəndələrini təltif edib, hərbi qulluqçuları yeni rütbələrə layiq görüb. Mükafatlandırılma mərasimində Sərkisyanın taxdığı saat medianın diqqətindən yayınmayıb. Erməni mətbuatının şərhinə görə, prezident sarayında keçirdiyi görüşdə dövlət başçısı saatını məxsusi nümayiş etdirib.

Sərkisyanın seçimi Vacheron Constantin brendinə məxsus Patrimony Retrograde Day Date Silver Dial Automatic markalı İsveçrə saatıdır. Sözügedən saatın qiyməti 45700 dollar təşkil edir. 1755-ci ildə İsveçrədə təsis olunan şirkət dünyada ən bahalı saatlar istehsal edir.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş naziri Karen Karapetyanın parlamentin iclasına 700 min dollarlıq qol saatı ilə gəlməsi medianın diqqətini çəkmişdi.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər