ABŞ-da 19 yaşlı Şelbi Eyks İndiana ştatında həbs olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Eyskin səhvən polis işçisinə göndərdiyi mesaj olub.
Polisdən verilən məlumata görə, gənc qız mesajında polis işçisinə ondan metamfetamin almağı təklif edib. Polis razılaşıb və alıcı qismində qıza yaxınlaşıb. Eyks ondan verəcəyi dərmanlar qarşılığında 700 dollar istəyib.
Gənc qız həbs olunub. Günahı sübuta yetirilərsə, onu 30 il müddətində həbs cəzası gözləyir.
Elvin