İranın ali dini lideri Ayətullah Əli Xamneyi sabiq prezident Mahmud Əhmədinejdın gələn il ölkədə keçiriləcək prezident seçkilərinə qatılmamasını tövsiyə edib.
Teleqraf.com İRNA-ya istinadən xəbər verir ki, Xamneyinin fikrincə, Əhmədinejadın prezidentliyə namizəd olması ölkədə qütbləşməyə gətirib çıxara bilər: “Mən onun və ölkənin mənafeyi naminə seçkilərdə namizədliyini irəli sürməməsinin vacibliyini dilə gətirmişəm. Hətta “qatılmayın” demədim. “Seçkilərdə iştirakınızın yaxşı olmayacağını düşünürəm” söylədim”.
Qeyd edək ki, İran mediasında Xamneyinin mühafizəkarların namizədi Əhmədinejada gələn ilin mayında keçiriləcək prezident seçkilərində iştirak üçün icazə vermədiyi barədə xəbərlər yayılıb.
Kəmalə