Bu gün Çinin Qansu vilayətində iki bina uçub. Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər təxminən 7:30 radələrində baş verib. Uçan binalardan biri 4, digəri 7 mərtəbəli olub.
Hadisənin səbəbi kimi torpaq sürüşməsi ehtimal edilir, lakin son dövrlər həmin ərazidə torpaq sürüşməsinə səbə ola biləcək qədər yağışlar yağmadığı da qeyd olunur.
Hazırda hadisə yerində xilasedicilər işləyirlər.