30 İyun 2014 22:33
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 1-dən Rusiyada mediada, kinoda, teatrda, ədəbiyyatda söyüş işlədilməsi qadağan edilir.

ANS PRESS-in məlumatına görə, Dövlət Dumasının “Dövlət dili haqqında” qanuna etdiyi düzəlişlər qüvvəyə minir.

İyunun 30-da bir çox sənət adamları Moskvada, Peterburqda, eləcə də başqa şəhərlərdə “söyüşlə vida mərsimləri” keçirəcəklər.

Rusiyada bu qanunu mənəvi saflaşdırma tədbiri kimi alqışlayanlar da, senzura kimi qəbul edənlər də var.

“Vida mərasimləri”ndə rus klassiklərinin əsərlərindəki söyüş işlədilmiş parçalar oxunacaq.

Gecəyarısı isə söyüşün xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.

Bundan sonra mediada söyüşə görə vətəndaşlar 3 min rubla qədər, vəzifəli şəxslər 20 min rubla qədər, hüquqi şəxslər isə 200 min rubla qədər cərimələnəcəklər.


Müəllif: