Ermənistanın Gümri şəhərində yerləşən 102 saylı Rusiya hərbi bazasının hərbçisi cümə axşamı səhər tezdən ucu və kəsən silahla yaralanmış halda xəstəxanaya çatdırılıb, məlumatlarda deyilir.
Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, yaralanan şəxsin 24 yaşı olduğu bildirilir.
İlkin məlumatlarda Rusiya hərbçisi Gümri şəhərinin Şirakatsi küçəsi ilə Marmaraşen şosesinin çarpazlaşdığı yerdə savaş zamanı "naməlum şəxs tərəfindən" bıçaqlandığı bildirilir.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını müəyyən etmək və şübhəli şəxslərin aşkar edilməsi məqsədilə operativ-istintaq tədbirləri keçirir, Ermənistan Polisi mətbuat xidmətinin məlumatında deyilir.
Gümridə Rusiya hərbi bazası hərbçilərinin iştirakı ilə insidentlər əvvəllər də müşahidə olunub.
Son belə hadisə 2015-ci ildə yanvarın 12-nə keçən gecə Avetisyan ailəsinin bütün üzvlərinin avtomat silah və süngü ilə qətlə yetirilməsi ilə bağlıdır.
23 avqust 2016-cı il tarixində məhkəmə zamanı sıravi əsgər Valeri Permyakov cinayəti boynuna alıb və ömürlük həbsə məhkum edilmişdir.