Oxşar xəbərlər
İyulun 1-dən Avropa İttifaqında (Aİ) sədrlik rotasiya qaydasında İtaliyaya keçir. Cari ilin sonunadək Aİ-nin bütün şuralarının işinə italiyalı nazirlər rəhbərlik edəcəklər.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, İtaliyanın Baş naziri Matteo Rentsi ölkəsinin Aİ-də sədrliyindən istifadə edərək təşkilatı gənclər arasında kütləvi işsizlik, qaçqın axını ilə bağlı problemlərin həlli və s. məsələlərlə mübarizə aparmaq üçün səfərbər etmək niyyətindədir.
Onun sözlərinə görə, Avropa sadəcə müxtəlif məcəllələrin, parametrlərin yığıncağı ola bilməz: "İndiki darıxdırıcı qarıya bənzəyən Avropa hesablaşmalarda itib batıb və ruhundan məhrum olub".
Qeyd edək ki, bu ilin ilk 6 ayında Yunanıstan Aİ-yə sədrlik edib.