24 Oktyabr 2016 16:05
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Maltada təyyarə qəzası baş verib. Hadisə zamanı 5 nəfər həlak olub. İlkin məlumatlarda qəza zamanı ölənlərin Avropa Birliyinin nümayəndələri olduğu bildirilsə də, qrumun xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini faktı inkar edib.

Qəza ilə bağlı ilk rəsmi açıqlama Malta Baş naziri Jozef Muskatdan gəlib. O, qəza zamanı ölənlərin Fransa vətəndaşları olduğunu deyib: "Onlar Liviyada insan qaçaqmalçılığının qarşısını almaq üçün bu ölkəyə getməli idilər".

13.05

"Maltada qəzaya uğrayan təyyarədə Avropa İttifaqının nümayəndələri olmayıb".

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini Tvitter hesabında yazıb.

O bildirib ki, uçuşun Avropa İttifaqının fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb.

11.41

Maltada Avropa İttifaqının nümayəndələrini aparan təyyarə qəzaya uğrayıb.

Teleqraf.com "Ria Novosit" agentliyinə istinadən xəbər verir ki, səhər saatlarında baş verən hadisə zamanı 5 nəfər həlak olub.

Məlumatlara görə, Lüksemburqa məxsus təyyarə "Frontex"in (Avropa Birliyi sərhəd xidməti) istifadəsi üçün icarəyə verilib. Hadisənin səbəbləri məlum deyil.

Hadisə təyyarə Luka şəhərindəki aerodromdan qalxdıqdan bir neçə dəqiqə sonra baş verib. Rəsmilər təyyarənin Livanın Misratu şəhərinə uçmalı olduğunu açıqlayıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Samir


Müəllif: