24 Oktyabr 2016 10:53
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə yeni layihəyə start verilir.

Teleqraf.com xəbər verir ki, layihə "Qiraət istirahətdir" adlanır.

Layihə Gənclər Fondunun fərdlər üçün nəzərdə tutulan 8-ci qrant müsabiqəsində qalib olub və 3 ay müddətində həyata keçiriləcək.

Layihə çərçivəsində Qax, Oğuz, Ağstafa və Bakıda Rusyalı politoloq və hüquqşünas alim Oleq Kuznetsovun "20-ci əsrdə transmilli erməni terrorizmi. Tarixi - kriminoloji tədqiqat" kitabı müzakirəyə çıxarılacaq. Müzakirələr Qax, Oğuz, Ağstafa rayonlarının Bilik Evlərində keçiriləcək. Müzakirələrə Bakıda yekun vurulacaq.

Layihənin məqsədi gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaq, eyni zamanda erməni vandalizminin Azərbaycana vurduğu zərbələrin miqyasını özündə əks etdirən faktlara diqqət çəkmək, bu faktların xarici yazıçıların əsərlərində necə əksini tapdığını göstərmək, düşmənin işğalçılıq siyasətinin mahiyyətini açmaqdır.


Müəllif:

Oxşar xəbərlər