26 Oktyabr 2016 14:52
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kahramanmaraş bölgəsində aralarında Fətullahçı terror təşkilatının (FETÖ) hazırlıq kurslarının rəhbəri Mustafa Tatlı da olmaqla 4 nəfər saxlanılıb.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, saxlanılan zaman Tatlının mobil telefonunu pəncərədən aşağı atmaq istəməsi polisləri şübhələndirib.

Mobil telefona baxış zamanı FETÖ ilə PKK təşkilatının əlaqələrini sübut edən yazışmalar aşkarlanıb. Tatlının telefonundakı "Özləm və Zəfər" ləqəbli 2 terrorçunun yazışmaları ictimaiyyətə açıqlanıb. Həmin yazışmanı təqdim edirik:

Zəfər: - Bu həftə təxminən 6 kürd kanalı bağlanıb. Başa düşürsən?

Özləm: - Anladım, anladım. Bu o deməkdir ki, savaşa az qalıb.

Zəfər: - Yəni ki, müxalif kanal qalmayıb. Daha ciddi məsələ var. Onu deyə bilmərəm. Əgər o baş versə, ehtiyaclarınızı da alıb evlərinizə gedin və bayıra çıxmayın.

Özləm: - Xeyirli olsun. Tarixi bilirsən?

Zəfər: - Dəqiq tarix bilinmir, amma tezliklə baş verəcək.

Özləm: - Çox yaxşı.

Zəfər: - Çox yaxşı? İnsanlar öləcək.

Özləm: - Başqa çarə yoxdur.

Zəfər: - Mənim Urfada, Mardində qohumlarım var.

Özləm: - Allahın lütfü ilə içəridəkilər qorunacaq. Mənim də Urfada xalam var.

Zəfər: - Mərkəzdə?

Özləm: - Bəli. Onsuz da bir yolla bu olacaq. Mənim onlara zərrə qədər yazığım gəlmir.

Zəfər: - Haqlısınız. Amma yenə də vicdan....

Özləm: - Vallah, vicdansızam. İnsanın ürəyi ağrıyanda belə olur.

Zəfər: - Əmin olun, məndə də vicdan qalmayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər