İraq ordusu Mosul əməliyyatı zamanı özünü "Xilafətin əsgəri" adlandırmış qruplaşmanın liderini öldürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onunla yanaşı 7 silahlı da hava hücumları zamanı həyatını itirib.
Məlumatlara görə, "Xilafətin əsgəri" qruplaşması İŞİD-ə sadiqlik andı içib.
Qeyd edək ki, Mosul əməliyyatları oktyabrın 17-də başlayıb. Rəsmilər İraq ordusunun Mosulun şərq hissəsindən şəhərə daxil olduğunu açıqlayıblar.
Samir