4 Noyabr 2016 09:05
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin 11 deputatı həbs olunub.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həbs olunanlar Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir, Şırnak, Hakkari, Van ve Bingöldən olan deputatlarıdır.

Məlumatlara görə, onlar arasında partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da var. Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki, Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb. Onlar cinayət törətməkdə ittiham olunurlar.

Qeyd edək ki, bu ilin mayında 376 deputat parlamentdə səsverməyə çıxarılan deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan düzəlişin lehinə səs verib.

Samir


Müəllif:

Oxşar xəbərlər