4 Noyabr 2016 17:49
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəttin Dəmirtaş məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ona qarşı cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, terror təşkilatının üzvü olmaq, silahlı terror təşkilatına üzv olmaq, təşkilatın adından istifadə edərək cinayət törətmək, Türkiyə Cümhuriyyətini təhqir etmək, terror təşkilatının təbliğatını aparmaq, türk millətini və Türkiyə Böyük Millət Məclisini alçaltmaq, prezidentə qarşı təhqir, dövlətin hərbi və polis təşkilatlarını təhqir, PKK terror təşkilatının təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, vəzifəli şəxsi təhqir, təşkilata bilərəkdən və istəyərəkdən yardım etmək, qanunlara riayət etməməyə çağırış, vəzifəli şəxsə böhtan, dövlətin suverenliyinə və bütövlüyünə zərər vermək ittihamları irəli sürülüb.

Hakim prosesin sonunda onun barəsində həbs qərarı çıxarıb.

Qeyd edək ki, ötən gecə HDP-dən olan 12 millət vəkili saxlanılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər