Bu gün Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford arasında görüş olub.
Teleqraf.com xəbər verir ki, görüş ABŞ tərəfinin təşəbbüsu ilə baş tutub.
Danışıqların detalları barədə məlumat verilməsə də, İraq və Suriyadakı hərbi əməliyyatların əsas müzakirə mövzusu olduğu bildirilir.