Almaniyanın Leypsiq şəhər aeroportunda dünyanın ən böyük təyyarəsi olan An-225 "Mriya"nın ("Arzu") mühərriklərindən biri yanıb.
Teleqraf.com Ria.ru-ya istinadlaxəbər verir ki, təyyarə Çiliyə uçmağa hazırlaşırmış.
Hadisə şahidlərindən biri yanğın anını çəkərək sosial şəbəkədə paylaşıb. Dərhal olay yerinə gələn yağınsöndürmə heyəti yanğının qarşısını alıb.
Qeyd edək ki, An-225 təyyarələri ilk dəfə 1985-88-ci illərdə Ukraynada istehsal edilib. Reaktiv yük təyyarəsi olan An-225 "Mriya" dünyada ən böyük təyyarə hesab olunur. Təyyarənin ilk uçuşu 1988-ci il dekabrın 21-də olub. Əsas funksiyası raket və kosmik gəmiləri daşımaqdır.
Təyyarənin uzunluğu 84, hündürlüyü 18,1, qanadlarının ucları arasındakı məsafə 88,4 metrdir.
Ekipaj tutumu 7, sərnişin tutumu isə 88 nəfərdən ibarətdir. Təyyarə 250 tonadək yük apara bilir.
Çinin “China Airspace” şirkəti Ukrayna tərəfilə bağladığı müqaviləyə əsasən “An-225” təyyarəsini 2016-cı ilin sentyabrından başlayaraq özü istehsal edir.
Arzu