Rusiya prezidenti Vladimir Putin Qərbi Avropa siyasətçilərinin rus ordusunun hərbi təlimlərilə bağlı narahatlıqlarına cavab verib. Teleqraf.com TASS-a istinadla xəbər verir ki, Putin Yaroslav şəhərində Avtodizel zavodunun açılışında hərbi təlimlər barədə danışıb.
"Bunu xüsusi vurğulamaq istəyirəm. Hər kəs eşitsin. Rusiya heç bir ölkəni təhdid etmir. Amma ordumuz hazırlıqlıdır. Modern və son dərəcə çevikdir. Hərbi təlimlərin sayını artırmışıq. Adi təlimlərimizdən belə "partyorlarımız" hər zaman narahat olurlar.
Onlar hərbi təlimlər keçərkən biz narahat olmuruq, onlar niyə əsəbləşirlər? Bizim kimsəni təhdid etmək fikrimiz yoxdur. Bu bizim nəyimizə gərəkdir. Dünyanın ən böyük ərazisinə sahibik. Ölkəmizin, millətimizin təhlükəsizliyini təmin etməliyik. Ordumuz bunu bacaracaq gücdədir. Gücümüzü daha da artıracağıq"
Ayxan