“Məhəmməd Mursi yenidən mühakimə olunmalı deyil, azadlığa buraxılmalıdır”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan səfəri öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan bununla Misirin daxili işlərinə qarışmadığını söyləyib: "52 faiz səs toplamış bir prezidentə qarşı çevrilişi demokratik mövqe kimi dəyərləndirə bilmərik. Buna görə də o, azadlığa buraxılamlıdır".
Ötən gün Misirin apelyasiya məhkəməsi sabiq prezident Məhəmməd Mursi ilə bağlı çıxarılmış edam hökmünü ləğv edən qərar çıxarıb. Edam cəzasının ömürlük həbslə əvəzlənəcəyi gözlənilir.
Qərara görə, iş yenidən məhkəmədə araşdırılamlıdır.
Türkiyə-Misir münasibətləri Məhəmməd Mursinin hərbi çevrilişlə hakimiyyətdən getməsindən sonra pisləşib.
MAHİR