20 Noyabr 2016 19:03
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir təhlükəsizlik qüvvələri ölkə prezidenti Abdel Fəttah əl-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb.


APA-nın “Al Watan” nəşrinə istinadən verdiyi məlumata görə, bunu bu gün Misir baş prokuroru Nabil Sadek açıqlayıb.

Baş prokuror deyib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir prezidentini öldürməyi planlaşdırıb. Sui-qəsd cəhdlərindən birinin əl-Sisinin Məkkədə ümrə (kiçik həcc) ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulub.

Misir Hərbi Prokurorluğunun istintaqını apardığı cinayət işi çərçivəsində onlarla insan saxlanılıb.


Müəllif:

Oxşar xəbərlər