24 Noyabr 2016 12:37
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Adana valiliyi önündəki partlayış zamanı yaralıların sayı 31-ə çatıb.

Məlumatlara görə, partlayış valinin binanı tərk etməsindən 5 dəqiqə sonra baş verib. Rəsmilər hücumu terror aktı kimi dəyərləndiriblər. İlkin ehtimallarda partlayışa görə PKK terror təşkilatının məsuliyyət daşıdığı bildirilib.

Saat 11:32

Adana valiliyi önündə baş verən partlayışda yaralıların sayı 21-ə çatıb.

Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 5-nin vəziyyəti ağırdır. Polis hücumda şübhəli bilinən qadın kamikadzenin kimliyini araşdırır.

Qeyd edək ki, hücum zamanı 2 nəfər həlak olub. Hücuma görə məuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Saat 10:28

Xəbər verdiyimiz kimi, Adanada valilik binasının önündə partlayış baş verib.

Avtomobil parkında baş verən partlayış zamanı rəsmi məlumatlara görə, 2 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Hücumun bomba yüklü avtomobil vasitəsi ilə törədildiyi bildirilib.

Saat 09:37

Türkiyənin Adana valiliyinin önündə bu gün səhər saatlarında partlayış baş verib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisədən sonra bölgəyə çox sayda polis və təcili yardım briqadası cəlb edilib.

İlkin məlumatlara görə, partlayış zamanı 5 nəfər xəsarət alıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Samir


Müəllif:

Oxşar xəbərlər