İranda baş verən vertolyot qəzası nəticəsində 5 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Behşehr valisi Seyid Xalid Səccadiyə istinadən İranın IRINN dövlət televiziyası məlumat yayıb.
O bildirib ki, İran Milli Neft Şirkətinə məxsus "təcili tibbi yardım" vertolyotu bilinməyən səbəblərdən Xəzər dənizinə düşüb.
Səccadi vertolyotun yaralı təxliyəsi üçün "Əmir Kəbir" neft platformasına getdiyini, platformadan qayıdanda dənizinə düşdüyünü ifadə edib.
Vertolyotda olan 5 nəfərin həyatını itirdiyini deyən Səccadi, qəzanın səbəblərinin araşdırıldığını qeyd edib.