29 Noyabr 2016 22:12
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada qəzaya uğramış Çernobl atom elektrik stansiyasının üzərində yeni müdafiə örtüyünün quraşdılması başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu polad örtük milyardyarım avroya başa gəlib və təxminən 100 il üçün nəzərdə tutulur.

Hündürlüyü 110 metr, çəkisi isə 36 ton olan bu örtüyün hazırlanmasına 2012-ci ildən başlanmışdı.

Layihəni Avropa İnkişaf Bankı və 40-dan çox ölkə maliyyələşdirib.

30 il bundan əvvəl-1986-cı il aprelin 26-da baş verən qəzadan sonra quraşdırılmış köhnə örtüyün istifadə müddəti hələ 2000-ci ilin ortalarında bitib.

Alimlərin fikrincə qurğunun içərisində azı 180 ton radiaktiv yanacaq və 30 tona yaxın toz var.

Prezident Petro Poroshenko yeni örtüyün quraşdırılmasını tarixi hadisə adlandırıb və beynəlxalq donorlara təşəkkür bildirib.


Müəllif:

Oxşar xəbərlər