7 İyul 2014 10:10
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Kiyev şəhərində, Maydanda atışma olub.

Maydanda aksiya iştirakçıları ilə özünümüdafiə qüvvələri arasında silahlı toqquşma baş verib.

Atışma nəticəsində 3 nəfərin öldüyü, bir nəfərin isə yaralandəğı bildirilir. Yaralı xəstəxanaya yerləşdirilib. Səhər saatlarına yaxın Maydanda sakitlik yaranıb.

Qeyd edək ki, iyulun 1-də Ali Radanın yaxınlığında qarşıdurma olmuşdu. Nəticədə iki nəfər ağır yaralanmışdı. Son günlər Ukraynanın qərb vilayətlərində etiraz aksiyaları keçirilir. Bir neçə gün əvvəl isə nümayşçilər Ukraynanın Ximelniski vilayətində qubernatorluq binasına hücum edərək qubernator Leonid Prusu döymüşdü.


Müəllif: