4 Yanvar 2017 12:39
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya münaqişəsi ilə bağlı danışıqların Astanada yanvarın 23-də keçiriləcəyini bəyan edib.

Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən məlumatına görə, M.Çavuşoğlu bildirib ki, hazırlıq məsələlərinin müzakirəsi üçün rusiyalı ekspertlər yanvarın 9-10-da Türkiyədə səfərdə olacaqlar.

Onun sözlərinə görə, əgər Bəşər Əsədin tərəfdarları Suriyada atəşkəs razılaşmasının pozulmasını dayandırmasalar, Astana danışıqları baş tutmaya bilər: “Suriyada atəşkəs sazişinin pozulması faktları qeydə alınır. Bunların arxasında “Hizbullah” silahlıları, dini qruplaşmalar və hökumət qüvvələri dayanır”.

M.Çavuşoğlu qeyd edib ki, İran da Suriya münaqişəsinin həllində qarant ölkə kimi öz öhdəliklərini yerinə yetirməlidir: “Tehran Suriya hökumətinə və dini qruplaşmalara təzyiq göstərməlidir”.


Müəllif:

Oxşar xəbərlər