Xorvatiyanın paytaxtı Zaqrebdə ilk kosmonavt Yuri Qaqarinin xatirəsinə qoyulmuş abidəyə hörmətsizlik edilib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə TASS-a Rusiyanın Zaqrebdəki səfirliyinin konsul şöbəsinin rəisi Vladimir Polyanin məlumat verib.
Vladimir Polyanin hadisəni vandalizm aktı adlandırıb: "Naməlum adamlar Qaqarinin abidəsinə qarşı vandalizm aktı törədiblər. Onlar kosmonavtın mərmər postamentinIn sözlərini yandırmaqla mətni korlayıblar".
Konsul şöbəsinin rəisi bildirib ki, bu xuliqanlıq hərəkəti təzə ilin ilk günü törədilib.
Yuri Qaqarinin Zaqrebin mərkəzində abidəsi 2016-cı ilin oktyabrında, kosmosa ilk uçuşun 55 illiyi münasibəti ilə açılıb. Bundan əvvəl Xorvatiyanın paytaxtında Aleksandr Puşkinin büstü qoyulub. Gələcəkdə isə Sergey Yeseninə abidə qoymaq planlaşdırılır.
Son hadisə ola bilsin, bu cür silsilə tədbirlərə etiraz xarakteri daşıyır.
MAHİR