Saxalindən Kuril adalarına uçan Rusiyaya məxsus sərnişin təyyarəsi qarşıdan gələn təyyarə ilə toqquşmamaq üçün hündürlüyü azaltmalı olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya təhlükəsizlik xidmətinin əməkdaşı "İnterfaks"a açıqlama verib:
"Rusiyaya məxsus "Bombardier" sərnişin təyyarəsi Kurilə uçmaq üçün 6 min metr yüksəkliyə qalxıb. Bu zaman naməlum təyyarə Rusiyaya məxsus laynerə tərəf istiqamət alıb. Rus təyyarəsi toqquşmadan qaçmaq üçün hündürlüyü azaldıb. Rus təyyarəsinin pilotları digər təyyarə ilə əlaqə saxlamağa cəhd etsələr də, bu, mümkün olmayıb".
Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı bu təyyarənin NATO-ya məxsus olduğu aydınlaşıb. Hələlik hadisə ilə bağlı heç bir rəsmi məlumat verilməyib.
Samir