7 İyul 2014 17:58
588

Bir həftədir Fələstin və İsrail qarşıdurmalarından sonra qeyri-rəsmi olaraq davam edən 3-cü İntifada rəsmi olaraq elan olunub.

Bir həftədir İsrailin hava bombardmanından sonra fələstinli bir gəncin yandırılaraq qətlə yetirilməsi Həmas qruplaşmasının bütün fəlsətinliləri 3-cü İntifadaya dəvət etməsinə səbəb olub.

Xatırladaq ki, İntifada (ayağa qalxmaq, müqavimət göstərmək) ümumilikdə fələstinlilərin İsrail işğalına qarşı başlatdığı müqavimət hərəkatının adıdır.

Bundan öncə iki İntifada olub. İsrail işğalına qarşı ərəb xalqının müqaviməti xarakterini daşıyan ilk İntifada 1987-ci ildə başlayıb. Fələstinlilər tərəfindən Əl-Əqsa-İntifada olaraq adlandırılan ikinci İntifada Ariel Şarona Əl-Əqsa məscidini ziyarət edə bilmədiklərini bildirən fələstinli vətənpərvər qruplar tərəfindən 2000-ci ildə başladılıb.

/axar.az/


Müəllif:
Загрузка...