“Gürcüstanda əvvəllər olduğu kimi hələ də səhər açılır və qaranlıq çökür, ölkəmiz və cəmiyyətimiz irəliləyir. Bu qərarlar xalqımıza zərər vura bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-nin sanksiyalarını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu qərar Gürcüstan-ABŞ münasibətlərində ağır ləkə olaraq qalacaq.
“Bu, ABŞ-nin vəzifədən getməkdə olan administrasiyasının gürcü xalqına qarşı növbəti hücumu və ədalətsiz addımıdır”, - spiker söyləyib.
Sədr bildirib ki, ABŞ-nin sanksiyaları Gürcüstanın inkişafına və gürcü xalqının ruhuna xələl gətirə bilməyəcək və yalnız bu cür qərarları qəbul edən ölkələrin reputasiyası zərər çəkəcək.