08:10
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti istifadəçilərin “anal izlərini” müəyyən edə bilən “ağıllı tualet” adlanan qurğuların hazırlanmasına, həmçinin itlər üzərində kokainlə təcrübələrin keçirilməsinə 9 milyon dollardan çox vəsait ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hökumətin Effektivliyi üzrə Dövlət Departamenti məlumat verib.

Məlumata görə, “anal izi” tanıya bilən “ağıllı tualetlər”in yaradılması layihəsinə 6,9 milyon dollar, kokainlə itlər üzərində təcrübələrə 2,3 milyon dollar ayrılıb.

Bildirilir ki, Stenford Universitetinin tədqiqatçıları süni intellekt texnologiyasından istifadə edərək, “anal izi”, sidiyin rəngini, axınının sürətini və nəcisin keyfiyyətini aşkar edə bilən “ağıllı tualetlər”in yaradılması üçün hökumətin müəyyən maliyyə vəsaitindən istifadə edirlər. Bu məlumat daha sonra insanın sağlamlıq vəziyyətini təhlil etmək üçün istifadə olunur.


Müəllif: Arzu

Oxşar xəbərlər