Turkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər etməyi planlaşdırdığını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Fidan bu barədə "France 24" telekanalına müsahibəsində deyib.
XİN rəhbəri Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar aparmaq niyyətində olduğunu vurğulayıb.
"Bəli, mən Dəməşqdə yeni Suriya administrasiyası ilə görüşməyi planlaşdırıram", - deyə Fidan müvafiq sualı cavablandırıb.
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da jurnalistlərə cavabında, xarici işlər nazirinin yaxın vaxtlarda Suriyaya səfər edəcəyini bildirib. Dövlət başçısı, həmçinin qeyd edib ki, Türkiyə Suriyaya hakimiyyət institutlarının yaradılmasında, konstitusiya hazırlanmasında köməklik göstərəcək və artıq bu məsələlərlə bağlı onların lideri Əhməd əl-Şara ilə məsləhətləşmələrə başlayıb.