ABŞ diplomatlarından ibarət nümayəndə heyəti Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə sanksiyaların ləğvi və “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılması məsələlərini müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al-Watan” nəşri yazır.
Məlumata görə, amerikalı diplomatlardan ibarət nümayəndə heyəti dekabrın 20-də Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar aparmaq üçün Dəməşqə gəlib.